"Qusar" UEFA Regionlar Kubokunda!

"Qusar" UEFA Regionlar Kubokunda!

Futbol üzrə Region Liqasının Tovuz şəhər stadionunda keçirilmiş final qarşılaşmasında “Çinar-Zəngilan”a 2:0 hesabı ilə qalib gələn “Qusar” Azərbaycanı 2023/2024-cü illər mövsümündə UEFA Regionlar Kubokunda təmsil edəcək.

mediasport.az xəbər verir ki, həlledici matçın ardından mükafatlandırılma mərasimi təşkil olunub.

“Qusar”dan Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə 2022/2023-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.