Region Liqasının finalı bu rayonun stadionunda keçiriləcək - RƏSMİ

Region Liqasının finalı bu rayonun stadionunda keçiriləcək - RƏSMİ

Futbol üzrə Azərbaycan Premyer Liqası və Birinci Divizionda olduğu kimi, Region Liqasında da mövsüm başa çatmaq üzrədir.

mediasport.az xəbər verir ki, turnir həvəskar statusa malik olsa da, azarkeşlər tərəfindən maraqla izlənilir.

Həftəsonu Bakıda “Dördlər finalı”nın oyunları keçiriləcək. Bu mərhələdə “Marxal” “Çinar Zəngilan”la, “Qusar” Naxçıvan zonasının qalibi “Arpaçay”la qarşılaşacaq.

“Dördlər final”ının görüşləri Bakıda, daha dəqiq desək, “ASK Arena” və “ASKO Arena”da keçiriləcək. “Marxal” – “Çinar Zəngilan” oyunu Bayılda, “Qusar” - “Arpaçay” yarımfinalı isə “ASK Arena”da baş tutacaq. Yarımfinallar bir dueldən ibarət olacaq.

Bəs mövsümün həlledici matçı harda olacaq? "Futbol+" qəzetinə açıqlamasında Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyev belə cavab verib:

“Cari mövsümün həlledici qarşılaşması bölgədə baş tutacaq. Bu dəfə finalın Tovuzda keçirilməsi qərara alındı. Ancaq hələ ki, matçın tarixi müəyyənləşməyib”.