Karsanov finala yüksəldi, Ayxan bürünc medal görüşünə çıxacaq

Karsanov finala yüksəldi, Ayxan bürünc medal görüşünə çıxacaq

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, 1/4 finalda iranlı Ali Mohamouda uduzan Ayxan Abdullazadə (65 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə mübarizə aparacaq.

Xetaq Karsanov (97 kq) yarımfinalda slovakiyalı Adam Jaksiki üstələyib (5:0) və finala yüksəlib.