Azərbaycan güləşçiləri İordaniyada dünya çempionu adını qazandılar!

Azərbaycan güləşçiləri İordaniyada dünya çempionu adını qazandılar!

Azərbaycanın iki yunan-Roma güləşçisi İordaniyanın paytaxtı Əmman şəhərində davam edən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov həlledici dueldə qırğızıstanlı Kutman Kalbayevə (5:3), Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya (4:1) qalib gələrək çempion olub.

Bu, Daşdəmirovun ikinci dünya çempionluğudur.

Xatırladaq ki, DÇ-də daha əvvəl Əmrah Əmrahov (48 kq) bürünc medal əldə edib.