UEFA Çempionlar Liqası: Daha iki klub 1/4 finala vəsiqə qazanacaq

UEFA Çempionlar Liqası: Daha iki klub 1/4 finala vəsiqə qazanacaq

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları bu axşam davam etdiriləcək.

Mediasport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazanan daha iki kollektivin adına bu gecə aydınlıq gətiriləcək.

Ötən həftə Portuqaliyada "Portu"ya uduzan "Arsenal" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

"Nou Kamp"da isə İtaliyada bərabərə qalan komandaların cavab dueli reallaşacaq.

Raundun digər iki görüşü sabah baş tutacaq.

Qeyd edək ki, daha əvvəl 4 klub adını 1/4 finala yazdırıb: "Mançester Siti", "Real", "Bavariya" və PSJ.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


00:00 "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

Baı hakim: Danni Makkelie (Niderland)

Barselona, "Kamp Nou", ilk matç - 1:1.


00:00 "Arsenal" (İngiltərə) - "Portu" (Portuqaliya)

Baş hakim: Klemen Turpin (FRansa)

London, "Emireyts", ilk matç - 0:1.