Bu gün Avropa Liqasında əsas mərhələ 9 matçla start götürəcək

Bu gün Avropa Liqasında əsas mərhələ 9 matçla start götürəcək

Bu gün UEFA Avropa Liqasında 2024/2025 mövsümünün əsas mərhələsinə start veriləcək.

Mediasport.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Son Türkiyə çempionu "Qalatasaray" evdə PAOK-la münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərə nəhəngi "Mançester Yunayted" "Tvente" ilə üz-üzə gələcək.

Təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Bude-Qlimt" "Portu"nu qəbul edəcək, "Elfsborq" səfərdə "AZ Alkmaar"la qarşılaşacaq.

"Köhlən atlar" isə sabah London səfərində "Tottenhem"in qonağı olacaq.

UEFA Avropa Liqası. Əsas mərhələ. 1-ci tur

25 sentyabr

20:45 "AZ Alkmaar" (Niderland) - "Elfsborq" (İsveç)

20:45 "Bude-Qlimt" (Norveç) - "Portu" (Portuqaliya)

23:00 "Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya)

23:00 "Midtyullannd" (Danimarka) - "Hoffenhaym" (Almaniya)

23:00 "Qalatasaray" (Türkiyə) - PAOK (Yunanıstan)

23:00 "Ludoqorets" (Bolqarıstan) - "Slaviya" (Praqa, Çexiya)

23:00 "Mançester Yunayted" (İngiltərə) - "Tvente" (Niderland)

23:00 "Nitsa" (Fransa) - "Real Sosyedad" (İspaniya)

23:00 "Anderlext" (Belçika) - "Ferentsvaroş" (Macarıstan)