Yassin Benzia növbəti dəfə Əlcəzair mətbuatında gündəm oldu
"Qarabağ"ın aprıcı futbolçusu Yassin Benzia növbəti dəfə Əlcəzair mətbuatının diqqət mərkəzinə düşüb.
Mediasport.az xəbər verir ki, son aylar Ağdam klubundakı çıxışları ilə ölkəsində də böyük marağa səbəb olan vinger bu dəfə də vurduğu qolla diqqət çəkib.
Əlcəzair mətbuatında 29 yaşlı futbolçunun "Qarabağ"ın heyətində Avstriya toplanışında BƏƏ-nin “Şabab Əl-Əhli” klubu ilə yoxlama matçında vurduğu qoldan bəhs edilib:
"Benzia cərimə zərbəsini ustalıqla yerinə yetirərək hesabı açdı. Bu qol futbolçunun çox sayda texniki keyfiyyətlərindən alınan nəticələrdən yalnız biri idi. O, artıq akrobatik tullanışla vurduğu qolları ilə də tanınır. Məhz bu, Benzianın vizit kartına çevrildi. Onun yoldaşlıq oyunlarında göstərdiyi əla performans yeni mövsüm üçün böyük ümid vəd edir. Azarkeşlər onun rəsmi görüşlərdə daha nələ edəcəyini səbirsizliklə gözləyirlər. Benzia möhtəşəm oyunu və vurduğu həlledici, gözəl qollarla klubunda dəyərli futbolçuya çevirilib".
Xatırladaq ki, Ağdam klubuna 2023-cü ilin qışında gəlmiş Benzianın müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.