"Qalatasaray"dan ayrılan Xuan Mata Yaponiya klubu ilə anlaşdı
Yayda son klubu "Qalatasaray"dan ayrılan Xuan Matanın yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, İspaniya millisinin keçmiş yarımmüdafiəçisi karyerasını Yaponiyada davam etdirəcək.
35 yaşlı təcrübəli futbolçu "Vissel Kobe"də çıxış edəcək. Mata Asiya təmsilçisi ilə 1 illi müqaviləyə razılaşıb.