AMF-nin rəhbəri millinin üzvləriylə görüşdü, yeni tələb müəyyən edildi

AMF-nin rəhbəri millinin üzvləriylə görüşdü, yeni tələb müəyyən edildi

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Xorvatiyadakı dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb.

Mediasport.az xəbər verir ki, qurum rəhbəri gənc komandanın mundial iştirakının mühüm olduğunu vurğulayıb, potensialına inandığını deyib.

U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkür edib və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib.

23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı 7-10 oktyabrda Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq.

Millinin heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Ən çox futbolçu "Sumqayıt"dan (4) çağırılıb.

Gələcəkdə daha iddialı komanda yaratmaq məqsədi ilə yeni mövsüm hər komandanın heyətində bir nəfər 23 yaşlı futbolçunun olması tələbi qoyulub.