Dünya çempionatı: Azərbaycan millisi yarımfinalda çexlərə qarşı

Dünya çempionatı: Azərbaycan millisi yarımfinalda çexlərə qarşı

Minifutbol üzrə Azərbaycanın U-23 milli komandası bu gün dünya çempionatında yarımfinal oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Xorvatiyada keçirilən turnirin 1/4 finalında İngiltərəni məğlub edən (3:0) komandamızın rəqibi Çexiya olacaq.

Yığmamız çexlərə qrup mərhələsində 0:2 hesabı ilə məğlub olmuşdu.

Qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da başlanacaq.