Yenilənmiş stadionda ilk oyun Azərbaycana qarşı olacaq

Yenilənmiş stadionda ilk oyun Azərbaycana qarşı olacaq

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında 1-ci turun ikinci qarşılaşmasını səfərdə Slovakiyaya qarşı keçirəcək.

"Misli"nin təşkilatçılığı ilə Koşitseyə ezam olunmuş Mediasport.az saytının əməkdaşı xəbər verir ki, meydan sahibləri yığmamızı yenilənmiş arenada qəbul edəcəklər.

Tam restavrasiya olunmuş "Koşitse Futbol Arenası"nda slovakların ilk rəsmi oyunu məhz Azərbaycan millisinə qarşı olacaq.

Stadion 12 min 555 nəfər azarkeş tutumuna malikdir.

Verilən məlumata görə, sabah keçiriləcək matça 11 min bilet satılıb.

Görüş Bakı vaxtilə saat 20:00-da start götürəcək.