Azərbaycanlı forvard 3 qolla Almaniya liqasının bombardiri olub
Azərbaycan milli komandasının keçmiş hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti qollarını vurub.
Mediasport.az xəbər verir ki, 32 yaşlı forvardın formasını geyindiyi “Dinamo-Berlin” 9-cu tur çərçivəsində səfərdə “Çemnitser”in qapısından 4 cavabsız top keçirib.
Bu qollardan 3-nün müəlifi yığmamızın sabiq üzvü olub. Dadaşov 9 qolla bombardirlər siyahısında liderliyə yüksəlib.
Berlin təmsilçisi topladığı 18 xalla üçüncü pillədə qərarlaşıb.
Rüfət Azərbaycan yığmasında 2013-2019-cu illərdə çıxış edib, 24 matçda 5 dəfə fərqlənib.