İsveç mətbuatı qrup haqda: "Azərbaycan çox güclü rəqibdir"

İsveç mətbuatı qrup haqda: "Azərbaycan çox güclü rəqibdir"

İsveç mətbuatı futbol üzrə milli komandalarının UEFA Millətlər Liqasında rəqiblərini qiymətləndirib.

Mediasport.az xəbər verir ki, B liqasının C1 qrupunda Azərbaycan, Estoniya və Slovakiyanın tanış rəqiblər olduğunu qeyd edən həmkarlarımız Bakıda aldıqları son məğlubiyyəti xatırladıblar.

AVRO-2024-ün seçmə qrup mərhələsinin son turu çərçivəsində Bakıda 0:3 hesablı məğlubiyyət alan isveçlilər yığmamızın güclü olduğunu vurğulayıblar.

"Bu qrup əsl kabusdur. Slovakiya ilə yanaşı, Azərbaycan da çox güclü rəqibdir. Bakıda böyük hesablı məğlubiyyət alan komandamız, belə desək, Azərbaycan millisindən xəbərdarlıq alıb. Ümid edək ki, bu, sadəcə, xəbərdarlıq mesajı idi və komanda bu matçlara hazır olacaq".

Qeyd edək ki, millimizin qrupda ilk və son görüşləri İsveç futbolçularına qarşı olacaq.

Skandinavlar sentyabrın 5-də Bakıda qonaq olacaqlar. Yığmamız noyabrın 19-da səfərdə meydana çıxacaq.