Yeniyetmə idmançımız Avropa birinciliyində gümüş medal qazandı
Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.
Mediasport.az xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa qatılan Azərbaycan yığması ilk medalını qazanıb.
40 kq çəki dərəcəsində mübarizəyə qoşulan Nuray Əbilova yaşı 15-ə qədər olan atletlər arasında birdən qaldırma hərəkətində 49 kq-ı ram edib və gümüş medala sahib çıxıb.
Nuray təkanla qaldırma hərəkətində 57 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 5-ci olub.
Əbilova toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.