Daha bir idmançımız Moldovada medal qazandı - Avropa çempionatı
Azərbaycan daha bir ağırlıqqaldıranı Turan Əliyev Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmələr arasında Avropa çempionatında medal qazanıb.
MediaSport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız birdən qaldırma hərəkətində 114 kq nəticə göstərərək 4-cü yeri tutub.
Əliyev təkanla qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub.
Toplam 250 kq (114+136) nəticə göstərən atlet yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.
Qeyd edək ki, yarışın dünənki günündə 55 kq çəkidə çıxış edən Amin Osmanov Avropa çempionu titulunu təmin edib. “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Amin təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 216 kq (99+117) nəticə göstərən Osmanov yekun sıralamada da gümüş medal əldə edib.