Şüvəlanda ağır atletika üzrə Azərbaycan Kuboku yarışı keçiriləcək

Şüvəlanda ağır atletika üzrə Azərbaycan Kuboku yarışı keçiriləcək

Dekabrın 21-23-də Şüvəlanda qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku yarışı keçiriləcək.

Ağır Atletika Federasiyasından mediasport.az saytına verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətləri, klubları, mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Yarışın təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatlarını, ən yaxşı qadın və kişi idmançılarını aşkar etmək, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etməkdir. Həmçinin yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların turnirdə iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.