Azərbaycan millisinin baş məşqçisi və köməkçiləri müəyyənləşib
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi və köməkçiləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, hazırda "NTD-İndiqo"nu çalışdıran mütəxəssis Tahir Baxşıyev bu posta təyin olunub.
"Neftçi"nin "sükanı arxasında" olan Anar Sarıyev yığmada birinci köməkçi məşqçi funksiyasını icra edəcək.
Məşqçilər korpusunda ispaniyalı Alberto Blanko da yer alacaq. Son iş yeri İspaniyanın ikinci liqa təmsilçisi "Kaseres"də baş menecer və idman direktoru postunda işləmiş Blanko ikinci köməkçi məşqçi vəzifəsini tutub.
Yeni məşqçilər korpusunun ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinə təsadüf edəcək. Komandamız 2024-cü il fevralın 22-də İsveçrə ilə üz-üzə gələcək.