"Neftçi" Niderland, yığmamız isə Almaniya ilə eyni qrupa düşdü

"Neftçi" Niderland, yığmamız isə Almaniya ilə eyni qrupa düşdü

3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının Şuşa keçiriləcək növbəti mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

mediasport.az xəbər verir ki, "A" qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və "Neftçi" klubu, "B" qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın "G FLOU" mübarizə aparacaq.

Reqlamentə əsasən, birinci yeri tutan kollektivlər birbaşa yarımfinala çıxacaqlar. İkinci və üçüncü pillənin sahibləri bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində qarşılaşacaqlar.

"Şuşa" mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan millisinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.