Xırdalan klubundan dördüncü qələbə
Azərbaycan Basketbol Liqasında 7-ci tura start verilib.
mediasport.az xəbər verir ki, “AAAF Xırdalan” və “Zirvə Astara” basketbolçularının görüşü gərgin alınıb.
Yekunda 98:94 hesabı qeydə alınan matçda sevinən tərəf Xırdalan təmsilçisi mövsümdə 4-cü qələbəsini rəsmiləşdirib. Oyunun ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Devin Pullum (26 xal, 3 ribaund), “Zirvə Astara”dan Raşard Kruikşenk (23 xal, 7 ribaund) olublar.
Turun növbəti oyunları noyabrın 26 və 27-də keçiriləcək: “Gəncə” - “Sərhədçi”, “Neftçi” - NTD, “Sabah” - “Olimpik".