Yığmamız Rusiyada komanda şəklində bürünc medal qazandı

Yığmamız Rusiyada komanda şəklində bürünc medal qazandı

Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında çıxışını başa vurublar.

Mediasport.az xəbər verir ki, yığmamız yarışın sonuncu günündə daha bir medal qazanıb.

Takevondoçularımız komanda yarışında bürünc mükafata yiyələniblər. Sankt-Peterburq Lesqafta Universitetinə (Rusiya) 80:45 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinalda Ural Dövlət Bədən Tərbiyəsi Universitetinə (Rusiya) 38:54 hesabı ilə məğlub olub olaraq 3-cü yeri tutub.

Beləliklə, baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yığma festivalı 6 medalla başa vurub. Komanda yarışlarından öncə fərdi mübarizədə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İskəndərov (63 kq) və Adil Eyvazov (58 kq) isə bürünc medala sahib olub.