Azərbaycanlı komitə sədri bürünc səviyyəli hakim sertifikatı aldı
Azərbaycan Atletika Federasiyasının (AAF) Qaçış Hər Kəs üçün Komitəsinin sədri Namiq Əsədov idman yerişi üzrə beynəlxalq səviyyəli hakim adını almaq üçün imtahanı uğurla keçib.
Mediasport.az xəbər verir ki, o, Dünya Atletikası (World Athletics) tərəfindən beynəlxalq bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib.