SON DƏQİQƏ! Yığmamızın iki üzvü Ər-Riyadda qızıl medal qazandı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda taekvondo və parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi start götürüb.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, parataekvondoçularımız Qran-pri yarışlarında uğurla çıxış ediblər.
Final mərhələsində Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilov (70 kq, K-44) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Hər iki paratekvondoçu aktivinə 100 reytinq xalı əlavə edib.
Qran-pri yarışlarının final mərhələsində sabah taekvondo yarışları başlayacaq. Azərbaycanı turnirdə 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev təmsil edəcək.