ATF-də "Paris-2024"də yarışacaq milli komanda ilə görüş olub

ATF-də "Paris-2024"də yarışacaq milli komanda ilə görüş olub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq parataekvondo üzrə milli komanda ilə görüş olub.

Mediasport.az xəbər verir ki, görüşdə ATF-in vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziyaçıların son durumu ilə maraqlanıb, onlara Fransa paytaxtında uğurlar arzulayıblar.  

Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, Paralimpiadadan gözləntilərini açıqlayıb.

O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyi və federasiyanın onlar üçün bütün lazımı şəraiti yaratdığını vurğulayıb. 

Parateekvondoçular da Oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacağını deyiblər. 

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollacanaqlar.