Yığmamız Türkiyəyə uduzdu
Bakıda təlim-məşq toplanışı keçirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununda qüvvəsini sınayıb.
mediasport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayının çimərlik meydançasında Türkiyə millisi ilə qarşılaşan futbolçularımız 5:6 hesabı ilə uduzublar.
Komandamızın heyətində Emin Həsənzadə və Hüseyn Axundov dubl edib, Elçin Qasımov 1 qol vurub. Tərəflər arasında növbəti görüş sabah keçiriləcək.