Tailand milli komandasının üzvü "Gəncə"də oynayacaq - RƏSMİ
"Gəncə" voleybol klubu Tailand milli komandasının üzvü Tiçakorn Bunlerti transfer edib.
Mediasport.az xəbər verir ki, voleybolçu ötən mövsümü ölkəsinin "Diamond Food Fine Şef" klubunda keçirib.
Bunlert karyerasında ilk dəfə legioner həyatı keçirəcək.
Gəncə təmsilçisi buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.