Yığmamız Xorvatiyaya uduzmadı

Yığmamız Xorvatiyaya uduzmadı

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda “Dalğa Arena”da Xorvatiya ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu komandalar arasında növbəti oyun noyabrın 13-də keçiriləcək.