Yığmamızın üzvü Bəhmən Nəsiri Türkiyədən qızıl medalla qayıdır

Yığmamızın üzvü Bəhmən Nəsiri Türkiyədən qızıl medalla qayıdır

Avarçəkmə üzrə milli komandamızın üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən marafonda qızıl medal qazanıb.

mediasport.az xəbər verir ki, təmsilçimiz akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.

"Commagene Rowing Marathon" adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb. Yarışda 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.