Diana Dimçenko Fransada Avropa çempionatında iştirak edəcək

Diana Dimçenko Fransada Avropa çempionatında iştirak edəcək

Sentyabrın 1-3-də Fransada sahil avarçəkməsi üzrə Avropa çempionatı təşkil ediləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan bu yarışda bir idmançı ilə təmsil olunacaq.

Diana Dimçenko bir nəfərlik qayıqda mükafatçılar sırasına düşməyə çalışacaq.

Qeyd edək ki, idmançımız ötən il İspaniyanın San-Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.