DÇ-2024: Püşk atıldı - milli komandamızın rəqibləri müəyyənləşdi

DÇ-2024: Püşk atıldı - milli komandamızın rəqibləri müəyyənləşdi

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılıb.

mediasport.az xəbər verir ki, Azərbaycan yığma komandası "A" qrupunda yer alıb.

Millimizin rəqibləri Qazaxıstan, Rumıniya və Niderland futzalçıları olacaqlar. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun  matçını da səfərdə keçirəcək.

Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” yığma pley-off oyunlarında iştirak edəcək və qalib olan 2 milli final mərhələsinə yollanacaq.

Bu mərhələnin qarşılaşmaları 3 ay ərzində (11-20 sentyabr, 2-11 oktyabr, 11-20 dekabr) keçiriləcək.


Futzal. Dünya çempionatı. Elit raund


"A" qrupu

Qazaxıstan

Rumıniya

Azərbaycan

Niderland


"B" qrupu

Ukrayna

Polşa

Serbiya

Belçika


"C" qrupu

Xorvatiya

Slovakiya

Fransa

Almaniya


"D" qrupu

İspaniya

İtaliya

Sloveniya

Çexiya


"E" qrupu

Portuqaliya

Gürcüstan

Ermənistan

Finlandiya