"Zirə" Kiprdə "Omoniya"ya böyük hesabla uduzdu - YENİLƏNDİ

"Zirə" Kiprdə "Omoniya"ya böyük hesabla uduzdu - YENİLƏNDİ

Bu gün futbol üzrə UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə bu raunda yüksələn "Zirə" Kipr səfərində meydana çıxıb.

Avrokuboklara Avropa Liqasında start verən qəsəbə təmsilçisi "Şerif"ə uduzduqdan sonra yoluna Konfrans Liqasının qruplarında davam etmək niyyətində olsa da, "qartallar" Nikosiyada böyükhesablı məğlubiyyətlə üzləşiblər.

Rəşad sadıqovun komandası burada "DAK 1904" (Slovakiya) və "Osiyek"i (Xorvatiya) mübarizədən kənarlaşdırıb.

Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

UEFA Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyun

"Omoniya" (Kipr) - "Zirə" (Azərbaycan) 6:0

Qollar: Amin Xammas, 13, Villi Semedo, 34-pen., 72, Mariuş Stepinski, 45+1, 54.ə, Evandro, 60.

Baş hakim: Yuri Frişer (Estoniya).

"Omoniya": 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panaqitu, 24. Amin Xammas, 80. Noviks Erakoviç, 20. mateo Mariç, 11. Evandro, 21. Veliko Simiç, 14. Mariuş Stepinski, 7. Villi Semedo

Baş məşqçi: Valdas Dambrauskas

"Zirə": 97. Tiaqo Silva, 21. Hacıağa Hacıyev, 4. Ruan Renato, 3. Anje Mutsinzi, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 15. Pyerr Zebli, 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 7. Məqsəd İsayev, 90. Davit Volkov

Baş məşqçi: Rəşad Sadıqov

GSP stadionu. Nikosiya, Kipr.