Azərbaycan klubunda "təmizləmə əməliyyatı: 3 futbolçu göndərildi

Azərbaycan klubunda "təmizləmə əməliyyatı: 3 futbolçu göndərildi

Premyer Liqaya yüksəlmək tapşırığının öhdəsindən gələ bilməyən "İmişli"də "təmizləmə əməliyyatı"na start verilib.

Mediasport.az saytına verilən məlumata görə, baş məşqçi Əsgər Abdullayevlə yolları ayıran 1-ci Liqa təmsilçisi 3 futbolçu ilə vidalaşıb.

Aran klubu Ruslan Hacıyev, Mövlan Kərimov və Xəyyam Hüseynovla başa çatan müqaviləni yeniləməyib.

Bölgə komandası mövsümü 47 xalla 4-cü pillədə başa vurub.