"Araz Naxçıvan"da yeni təyinat
Birinci divizionda mübarizə aparan “Araz Naxçıvan”ın İdarə heyətinin ümumi iclası keçirilib.
mediasport.az xəbər verir ki, yığıncaqda cari və təşkilati məsələlər müzakirə olunub, Tural Hüseynalıyev klubun icraçı direktoru təyin edilib.
Premyer Liqaya çıxmağı hədəfləyən Naxçıvan klubu divizionda geridə qalan 14 turdan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. Kollektiv startdan bu yana davam etdirdiyi liderliyi 14-cü turda onu 2 xal qabaqlayan "Neftçi"yə təhvil verib.