"Turan Tovuz"dan ayrılan futbolçu Gürcüstan klubuna transfer edildi

"Turan Tovuz"dan ayrılan futbolçu Gürcüstan klubuna transfer edildi

"Turan Tovuz"dan ayrılan Piruzi Marakvelidze özünə yeni komanda tapıb.

Mediasport.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi karyerasını yenidən vətənində davam etdirəcək.

29 yaşlı futbolçu Yüksək Liqa təmsilçisi Telavi” ilə anlaşıb.

Müqavilə 6 aylıq nəzərdə tutulub.

Xatırladaq ki, Marakvelidze 2022-ci ilin yayında Tovuz klubuna məhz “Telavi”dən gəlmişdi.