"Neftçi"də ayrılıq - RƏSMİ
"Neftçi" PFK-da ayrılıq baş tutub.
Mediasport.az xəbər verir ki, klubun marketinq meneceri Anton Şvesov vəzifəsini tərk edib.
O, fəaliyyətini Futbolun İnkişaf Fondunda (FİF) davam etdirəcək.
Bu barədə məlumatı qurumun icraçı direktoru Tural Piriyev paylaşıb.
Şvesov FİF-də biznesin inkişafı üzrə menecer vəzifəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, mütəxəssis “Neftçi”dən əvvəl AFFA Marketinq Departamentində çalışıb.