Avropa çempionatı: İngiltərə və Fransa vaxtından əvvəl pley-offda

Avropa çempionatı: İngiltərə və Fransa vaxtından əvvəl pley-offda

Gürcüstan və Rumıniyanın birgə ev sahibliyi ilə təşkil edilən futbol üzrə U-21 Avropa çempionatının final mərhələsində 2-ci turun oyunlarına yekun vurulub.

MediaSport.az xəbər verir ki, növbəti 2 qrupda 4 matç keçirilib.

Görüşlərdən sonra İngiltərə və Fransa futbolçuları 6 xalla pley-off vəsiqəsini vaxtından əvvəl təmin ediblər. Onlaradək hər iki oyunda qələbə qazanan Ukrayna və İspaniya yığmaları da pley-offa erkən çıxıblar.


U-21 Avropa çempionatı. Final mərhələsi. Qrup oyunları. 2-ci tur


Çexiya - Almaniya 2:1

Qollar: Vaslav Seyk, 33, Martin Vitik, 87 - Angelo Ştiller, 70.

İngiltərə - İsrail 2:0

Qollar: Entoni Qordon, 15, Emil Smit Rou, 68.

İsveçrə - İtaliya 2:3 

Qollar: Kastriot İmeri, 47, Zəki Amduni, 52 - Lorenso Pirola, 6, Vilfrid Qnonto, 11, Fabiano Parisi, 45-3.

Norveç - Fransa 0:1

Qol: Mikael Olize, 57.