Şuşa klubu bu gün Bakıda "Panatinaikos"la qarşılaşacaq
Bu gün Çağırış Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül” klubu 1/16 final mərhələsində ilk oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Şuşa təmsilçisi Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da Voleybol Mərkəzində baş tutacaq. Komandalar arasında ikinci oyun isə noyabrın 29-da Yunanıstanda keçiriləcək.
“Xarı Bülbül” Çelenc Kubokunun ilk turunda Slovakiyanın “Spartak” klubuna hər iki görüşdə qalib gəlib (3:0, 3:1).