Azərbaycanlı hakim Türkiyə klubunun matçını idarə edəcək

Azərbaycanlı hakim Türkiyə klubunun matçını idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev avrokuboklara təyinat alıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz "Türk Hava Yolları"nın CEV Kubokunda 1/16 final görüşünü idarə edəcək.

Türkiyə klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində uduzan komanda ilə qarşılaşacaq.

Qarşılaşma noyabrın 11-də İstanbulda keçiriləcək.

Hacıyevin oyunda digər həmkarı çexiyalı Roman Marşner olacaq.