Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb

Azərbaycan çempionatlarında 2023/2024-cü illər mövsümünün rekordu qeydə alınıb.

Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II Liqanın XI turuna təsadüf edib.

“Göygöl” – “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub.

Bu qarşılaşmada 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi görüşə qədər mövsümün heç bir duelində qol sayı ikirəqəmli ədədlə ifadə olunmamışdı.

Premyer Liqa, I Liqa, II Liqa və Əvəzedicilər liqasının arxada qalan bölümünün əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınmışdı. Bu, II Liqanın “Kür-Araz” - “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.

10 və ya daha çox qolun vurulduğu son matç 2022/23 mövsümündə baş tutmuşdu. I divizionun bu il martın 30-da keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanıb.