"Turan Tovuz" - "Neftçi" oyununun biletləri 2 manatdan satılır

"Turan Tovuz" - "Neftçi" oyununun biletləri 2 manatdan satılır

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - "Neftçi” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmanı Tovuz şəhər stadionundan izləmək istəyən azarkeşlər biletləri arenanın kassaından əldə edə bilərlər.

Biletləri, eyni zamanda Tovuz şəhərinin mərkəzində yerləşən satış məntəqəsindən də almaq mümkündür.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Matç fevralın 24-ü, saat 15:00-da başlanacaq.