Azərbaycan şahmatçısı Dünya Kubokunda 1/8-ə çıxıb tarixə düşdü
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda 1/8 finala çıxmaqla tarixi nəticəyə imza atıb.
mediasport.az xəbər verir ki, təmsilçimiz 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılıb.
Abasov karyerasında ilk dəfə Dünya Kubokunda bu mərhələyə yüksəlib.
Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları bu gün keçiriləcək. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.