"Şamaxı" "sülh"lə başladı
Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.
mediasport.az xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” otelinin meydançasında qarşılaşıb.
Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0. “Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Vüqar Əsgərlinin komandası Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani”yə rəqib olacaq.