"Neftçi" - "Qəbələ" qarşıdurmasında 62-ci duel: Kim üstündür?

"Neftçi" - "Qəbələ" qarşıdurmasında 62-ci duel: Kim üstündür?

Premyer Liqada 14-cü tura Şamaxıda start verilib.

mediasport.az xəbər verir ki, “Qəbələ” sabah meydana çıxacaq.

Elmar Baxşıyevin komandasının “Bakcell Arena”da "Neftçi" ilə görüşü rəqiblərin 62-ci dueli olacaq. Komandalar indiyədək 61 dəfə qarşılaşıblar.

Aktivində 18 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 27 dəfə məğlub olub. Rəqib qapısına 74 top vuran futbolçuları 89 qol buraxıb. Oyun Premyer Liqa çərçivəsində 57-ci qarşılaşma olacaq. Əvvəlki 56 matçda 17 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 26 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 84 top buraxıb.

“Neftçi” ilə səfərdə 31-ci dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 13 dəfə uduzub. Bölgə təmsilçisi səfərdə 36 qol vurub, 43-nü buraxıb.

Matç saat 18:30-da başlanacaq.