"Kəpəz" onunla anlaşdı - RƏSMİ

"Kəpəz" onunla anlaşdı - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir futbolçusu ilə anlaşıb.

MediaSport.az xəbər verir ki, Gəncə təmsilçisi belaruslu Yeqor Xvalko ilə 1 illik yeni müqavilə bağlayıb.

26 yaşlı müdafiəçi geridə qalan mövsüm "sarı-göylər"in heyətində 27 oyun keçirib, 2 qol vurub.

Qeyd edək ki, qərblilər daha əvvəl Martins Junior, Ahmed Ayzaya, Mate Kvirkviya və Elçin Əlicanovla əməkdaşlığın müddətini artırıblar.