24-cü ölkə çempionu müəyyənləşdi
Həvəskar komandalar arasında 24-cu Azərbaycan çempionatının 3-cü yer və final oyunları keçirilib.
MediaSport.az xəbər verir ki, Gənclər Futbol Məktəbi ilə Masallının “Ərkivan” komandaları arasında keçirilən görüşdə 4:3 hesablı qələbə qazanan bölgə təmsilçisi bürünc medalları qazanıb.
Final qarşılaşmasında isə “Dirçəliş” “Lokomotiv”dən üstün olub- 4:2.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi “Ərkivan” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi “Lokomotiv” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib.
Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Rüstəm Rəhimov, baş katib Füzuli Nəcəfov və futbol mütəxəssisi Ramil Əliyev təqdim ediblər.