VİDEO: Juninyo "Qarabağ"da - Ağdam klubu 500 min təzminat ödəyəcək

VİDEO: Juninyo "Qarabağ"da - Ağdam klubu 500 min təzminat ödəyəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" heyətini gücləndirib.

MediaSport.az xəbər verir ki, Ağdam klubu Portuqaliyanın "Çaveş" klubunda çıxış edən braziliyalı hücumameylli yarımmüdafiəçi Juninyo ilə anlaşıb.

Bu Barədə Portuqaliya mətbuatı məlumat yayıb. Bildirilir ki, Azərbaycan klubu "sambaçı"nı ötən mövsümdən transfer etməyə çalışırdı. "Köhlən atlar" 27 yaşlı universal futbolçu üçün qarşı tərəfə 500 min avro təzminat ödəyəcək.

Juninyo Braziliyanın "Atletiko Paranaense", "Figeyrense", Portuqaliyanın "Portimonense", "Villa Nova", "Eştoril" klublarında oynayıb. "Çaveş"in heyətində 76 oyuna 12 qol vurub.