Ölkə çempionu vidalaşsa da, Redon Cica ÇL-də yoluna davam edir
Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ"ın hücumçusu Redon Cica qitənin bir nömrəli klub yarışının II təsnifat mərhələsinin cavab oyunlarından sonra bombardirlik yarışındakı mövqeyini qoruyub.
mediasport.az xəbər verir ki, Polşanın "Rakuv" klubu ilə Bakıdakı matçda da fərqlənən 25 yaşlı futbolçunun aktivində 5 qol var.
Albaniyalını hərəyə 4 qolla İslandiyanin "Breydablik" klubundan Hösküldür Günleqsson və Farer adalarının "Klaksvik" komandasından Arni Frederiksberq izləyirlər.
Qeyd edək ki, Ağdam təmsilçisi yoluna Avropa Liqasında davam edəcək və III təsnifat mərhələsində Finlandiyanın HİK kollektivi ilə qarşılaşacaq.