"32 yaşlı Lunyov bizim nəyimizə lazımdır?" - Veteran qarşı çıxdı
Keçmiş SSRİ yığmasının sabiq qapıçısı Anzor Kavazaşvili “Qarabağ”ın üzvü Andrey Lunyovun Rusiya yığmasının toplanışına çağırılması barədə fikirlərini bildirib.
Mediasport.az xəbər verir ki, 84 yaşlı veteran “Спорт день за днем” proqramına açıqlamasında millinin məşqçilər korpusunu tənqid edib.
Moskva "Torpedo"sunun əfsanəvi kiperi Azərbaycan çempionunun qapıçısınını olduğunu deyib:
"Yaşlı futbolçuların milliyə dəvət olunmasının qəti əleyhinəyəm. Bizə üç-dörd ildən sonra, yəqin ki, beynəlxalq yarışlarda iştirak etməyə icazə verəcəklər. Ona qədər gənclərdən ibarət komanda formalaşdırmaq lazımdır. Hazır, keyfiyyətli əsas komandamız olmalıdır.
32 yaşlı Lunyov bizim nəyimizə lazımdır? Avropalı mütəxəssislər onun Avropa Liqasında bacarıqlı qapıçı olduğunu desələr də, mən onun əvəzinə heyətdə iki ildən sonra əla oynayacaq və Safonovla rəqabət aparacaq gənc, gümrah qapıçıları görmək istəyərdim. Necə ki, bunu sovet vaxtında bizim qolkiperlərimiz Lev Yaşinlə birlikdə ediblər".
Qeyd edək ki, Rusiya millisinin baş məşqçisi Valeri Karpin Lunyovun adını 38 nəfərdən ibarət geniş heyətə daxil edib.
Ruslar martın 21-də Serbiya, 25-də Paraqvayla yoldaşlıq görüşü keçirəcəklər.