Barış Şimşək Maltaya gedir

Barış Şimşək Maltaya gedir

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də keçiriləcək Malta – Belçika oyununun hakim-inspektoru olacaq.