Qurban Qurbanov: "Öz oyunumuzdan əl çəkmək istəmirik"

Qurban Qurbanov: "Öz oyunumuzdan əl çəkmək istəmirik"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Molde"nin qonağı olacaq.

 Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Norveçə yola düşüb.

Komandanın baş məşqçisi Qurban Qurbanov səfərdən öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib:

“Hazırlığımız pis keçməyib. Hər şey qaydasındadı. Sabah oyun günü son məşqimizi edəcəyik. Gözlətinlərimiz yaxşı bir nəticə ilə dönməkdir. Ümid edirəm ki, alınar. Rəqib də bizim eyni fikirdədir. Onların da qrupdan çıxmaq şansı var”.

“Çox istərdim ki, səfərdə də dominnat oyun sərgiləyək. Amma rəqib evdə oynayır, meydança sünidir və azarkeş amili də var. Yenə öz oyunumuzdan əl çəkmək istəmirik. Nə qədər bacaracağımızı matç günü görəcəyik”.

Qeyd edək ki, “Molde” – “Qarabağ” qarşılaşması sabah saat 00:00-da start götürəcək.