Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli müəyyənləşib

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, bir qarşılaşmadan ibarət raundun bir görüşü Peşəkar Futbol Liqasının (PFL) rəsmi "YouTube" kanalında, digər matçlar isə "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku. 1/8 final mərhələsi

18 dekabr

14:00 "Kəpəz" - "Sabah"

Tovuz şəhər stadionu ("CBC Sport")

17:00 "Sumqayıt" - "Karvan"

"Kapital Bank Arena" (PFL-in rəsmi "YouTube" kanalı)

19 dekabr

13:00 "İrəvan" - "Araz-Naxçıvan"

"ASK Arena", ("CBC Sport")

16:00 "İmişli" - "Qəbələ"

Qəbələ şəhər stadionu, ("CBC Sport")

20 dekabr

14:00 "Səbail" - "Şamaxı"

"ASCO Arena", ("CBC Sport")

17:00 "Zirə" - "Turan Tovuz"

Zirə İdman Kompleksinin stadionu, ("CBC Sport")

21 dekabr

14:00 "Qarabağ" – MOİK ("CBC Sport")

18:00 "Neftçi" – "Qaradağ Lökbatan"

"Neftçi Arena" (“CBC Sport” / canlı)

"İmişli" - "Qəbələ" oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq "İmişli" klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.